İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın cavabı Hindistanın vəhşicə və biabırçı hücumunu kölgədə qoydu

Cənubi Asiyada gərginlik yeni mərhələyə keçib.

Musavat.com xəbər verir ki, Hindistanın başladığı "Sındur" əməliyyatına Pakistanın cavabı daha genişmiqyaslı və təsirli olub. Yerli və beynəlxalq müşahidəçilərin fikrincə, İslamabad ilk hücumdan fərqli olaraq bu dəfə ciddi və simvolik cavab verərək, Dehliyə “cəzalandırma” siqnalı göndərib.

Hərbi mənbələr bildirir ki, Pakistanın zərbələri yalnız sayca deyil, dəqiqliyinə və gücünə görə də Hindistanın ilkin hücumunu geridə qoyub.

Bu, İslamabadın vəziyyəti təkcə müdafiə deyil, həm də qarşı tərəfə dərs vermək prizmasından dəyərləndirdiyini göstərir. Artıq münaqişənin qısa müddətdə səngiyəcəyinə dair ümidlər azalır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR