İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub - FOTO

Musavat.com xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda Pakistanın Müdafiə Sənayesi üzrə Federal Naziri Məhəmməd Rza Hayat Harrac ilə görüş keçirib. Görüş barədə diplomat şəxsi “X” (keçmiş “Twitter”) hesabında məlumat paylaşıb.

Səfir bildirib ki, görüşdə Azərbaycan və Pakistan arasında əlaqələrin, xüsusilə hərbi və hərbi-texniki sahələrdə daha da gücləndirilməsi əsas müzakirə mövzusu olub.

“Federal Müdafiə İstehsalı naziri Məhəmməd Rza Hayat Harracla görüşməkdən məmnun oldum. Azərbaycan-Pakistan münasibətlərinin, xüsusilə hərbi və hərbi-texniki sahələrdə gücləndirilməsi əsas müzakirə mövzumuz oldu”, – deyə Xəzər Fərhadov paylaşımında qeyd edib.

Qeyd edək ki, Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq son illərdə intensiv xarakter alıb. İki ölkə həm müdafiə sənayesi, həm də təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətləri qurublar.

 

Musavat.com

7409bcad-3986-48bb-b79e-ed7bed2c0e2c.jpeg (65 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR