Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ənsar Allah hərəkatı Omanın vasitəçiliyi ilə Yəməndə atəşkəs barədə razılığa gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumatı Omanın xarici işlər naziri Bədr əl-Busaidi açıqlayıb. O, nazirliyin İnternet səhifəsində yazıb ki, razılaşma Yəmən husilərindən Bab əl-Məndəb boğazından tranzit keçən Amerika gəmilərinə hücum etməkdən çəkinməyi tələb edir: "Oman Sultanlığının Sanada gərginliyi azaltmaq üçün Birləşmiş Ştatlar və Yəmən hakimiyyət orqanları ilə apardığı son təmaslar və danışıqlardan sonra tərəflər atəşkəs haqqında razılığa gəliblər".
Nazirin sözlərinə görə, "əldə edilmiş razılaşmaların bir hissəsi olaraq, tərəflər bir-birinə qarşı hər hansı hücumlardan, o cümlədən Qırmızı dənizə və Bab-əl-Məndəb boğazından keçən Amerika gəmilərinə hücumlardan çəkinməyi öhdələrinə götürürlər bu da naviqasiya azadlığını təmin edəcək və beynəlxalq ticarətə maneələri aradan qaldıracaq”.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ