İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Hindistana "tam güclə cavab vermək hüququna" sahib olduğunu bəyan etdi

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın hava zərbələrinə cavab olaraq ölkəsinin "bütün gücü ilə cavab vermək hüququna malik olduğunu" bəyan edib.

Musavat.com xəbər verir ki, Geo TV-nin məlumatına görə, bu açıqlamadan dərhal sonra Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Digər tərəfdən, BMT-nin baş katibi Antonio Quterreş Hindistanın Pakistan ərazisindəki hədəflərə endirdiyi zərbələrdən son dərəcə narahat olduğunu bildirib və hər iki ölkəni maksimum təmkinə çağırıb. Quterreşin ofisi vurğulayıb ki, dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanı qəbul edə bilməz.

Hindistanın News18 kanalı isə 12 terrorçunun məhv edildiyini və 55 nəfərin yaralandığını açıqlayıb. Hindistan bu zərbələrin yalnız “terror düşərgələrinə” yönəldiyini iddia edir.

Eyni zamanda, Pakistan Baş naziri Hindistanın ölkənin beş yaşayış məntəqəsini vurduğunu bildirib.

Qeyd edək ki, bu hadisələr fonunda Moskvanın “Şeremetyevo” hava limanında da təhlükəsizlik səbəbilə uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR