Onlayn ictimai-siyasi qəzet
“İnanın səmimiyyətimə bütün futbol həyatım boyu milli komanda ilə start heyətində oyuna çıxmağı gözləmişəm”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev deyib.
O, Azərbaycan yığmasının yoldaşlıq görüşündə Belarusa 0:2 hesabı ilə uduzduqları oyunda etdiyi səhvdən danışıb:
“Bilirsiniz ki, debütüm çox uğursuz alınmışdı. İsveçlə oyunda sonradan oyuna daxil olaraq kobud səhvə yol vermişdim. Bu da məni çox sarsıtmışdı. Daim gözümün önünə də gəlirdi. Əslində, sizin də dediyiniz kimi, oyuna pis başlamamışdım və səhv olana qədər oyunum normal idi. Lakin bir səhvlə hər şeyin üstündən xətt çəkdim. Bəlkə də bu səhvə görə milli karyeram sual altına düşdü. Heç bilmirəm necə şərh verim. Deyiləcək sözüm də yoxdur. Hər kəsdən üzr istəyirəm. Bu an həyatım boyu kabus kimi mənimlə qalacaq”.
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ