İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Silahlı Qüvvələr naziri Şəhidlər xiyabanını ziyarət etdi

Böyük Britaniyanın Azərbaycanda səfərdə olan Silahlı Qüvvələr naziri Ceyms Heppi Şəhidlər xiyabanını ziyarət edib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitterdə paylaşım edib.

"Silahlı Qüvvələr Naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib və Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər", - deyə paylaşımda qeyd olunub.

Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR