İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın baş naziri qanunsuz miqrantlara qarşı mübarizəni sərtləşdirib

“Miqrasiya qaydalarını dəyişəcəyik və ölkəyə qanunsuz daxil olan hər kəsi dərhal ölkədən çıxaracağıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Böyük Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) qanunsuz miqrasiya ilə mübarizə planını təqdim edərkən deyib.

Hökumət başçısı söz verib ki, hüquq-mühafizə orqanları qeyri-qanuni miqrantları saxlayacaq və onları tezliklə öz vətənlərinə və ya sığınacaq xahişinə baxılacaq təhlükəsiz ölkəyə qaytaracaqlar. R.Sunak, həmçinin bildirib ki, daha çox kiçik şişirmə qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olan qeyri-qanuni miqrantlar deportasiyadan şikayət edə bilməyəcək, onların Britaniya vətəndaşlığı və ya ölkədə yaşamaq icazəsi almaq üçün bütün yolları bağlanacaq.

Bu baxımdan R.Sunak hökumətin Boris Conson kabinetinin Böyük Britaniyaya qanunsuz yolla girən, ölkədən sığınacaq axtaranların Ruandaya göndərilməsi üçün başlatdığı proqramı həyata keçirəcəyini açıqlayıb. İyun ayında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu sxemin dayandırılması barədə qərar çıxarıb. Bundan sonra Britaniya hökuməti AİHM-in qərarlarına məhəl qoymamağa imkan verən qanun layihəsi hazırlayacaqlarını açıqlayıb.

Yeni qanun layihəsi gələn ilin əvvəlində parlamentə təqdim edilməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR