İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalıların yarıdan çoxu Liz Trassın istefa verməli olduğunu düşünür?

Britaniyalıların yarıdan çoxu baş nazir Liz Trassın baş nazir vəzifəsini tərk etməli olduğuna inanır və 80%-i yaşayış xərclərinin artmasında hökuməti günahlandırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həftə sonu “Ipsos” şirkəti tərəfindən keçirilən sorğuda respondentlərin 53%-i Trassın getməli olduğunu bildirib, yalnız 20%-i onun istefasına qarşı çıxıb.

Oktyabrın 14-dən 17-nə qədər 1000 böyük britaniyalı arasında keçirilən sorğuda britaniyalıların yalnız 13%-i Trussın növbəti seçkilərdə qalib gələ biləcəyini düşündüyü məlum olub .

Respondentlərin yalnız 14%-i yeni maliyyə naziri Ceremi Hantın iqtisadiyyatı yaxşılığa doğru dəyişəcəyini düşünür.
Britaniyalıların təxminən üçdə ikisi isə ölkədə yaranan iqtisadi böhranda “Brexit”inrol oynadığını ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR