İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı deputat: "Azərbaycan ərazisinə bir milyondan çox mina qoyulub" - VİDEO

Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.

Musavat.com xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” hesabında məlumat verib.

“Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib. Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə bir milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun”, - deyə Bləkmən bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR