İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada bir çən benzinin qiyməti ilk dəfə 100 funt sterlinqi ötüb

Böyük Britaniyada ilk dəfə olaraq avtomobilin standart 55 litrlik yanacaq çənini benzinlə doldurmaq xərci 100 funt sterlinqi (təxminən 125 dollar) ötüb.

AZƏRTAC BBC teleradio korporasiyasına istinadla xəbər verir ki, Böyük Britaniyanın RAC kompaniyasının məlumatına görə, iyunun 8-dən bir litr benzinin orta qiyməti 1,82 funt sterlinqə (2,28 dollar) qalxıb və beləliklə, avtomobilin yanacaq çənini tam doldurmaq 100,3 funt sterlinqə başa gələcək. Dizel mühərrikli avtomobillər üçün bu məbləğ 103,4 funt sterlinq (129,48 dollar) təşkil edəcək. Belə ki, Birləşmiş Krallıqda dizel yanacağının litrinin orta qiyməti 1,88 funt sterlinqə (2,35 dollar) çatıb.

Britaniyada il ərzində benzinin orta qiymətində 40 faizlik, dizel yanacağının qiymətində təxminən 43 faizlik bahalaşma qeydə alınıb. Son üç ayda yanacağın orta qiyməti 20 faizdən çox artıb və bu, inflyasiya səviyyəsində özünü ciddi şəkildə göstərib. Aprelin sonunda ölkədə illik inflyasiya 9 faizə qədər sürətlənib ki, bu da son 40 ilin ən yüksək göstəricisidir. İngiltərə Bankının məlumatına görə, ilin sonuna bu rəqəm 10 faizi ötə bilər.

Bir müddət öncə Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın həyat standartlarında 1950-ci illərdən bəri ən böyük enişin ola biləcəyi barədə xəbərdarlıq edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR