İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukraynada həbs edilən Medvedçuka sanksiya tətbiq etdi

Britaniya ukraynalı deputat, “Müxalifət Platforması-Həyat Naminə” partiyasının Siyasi Şurasının rəhbəri Viktor Medvedçuka qarşı sanksiyalar tətbiq edib. Onun Böyük Britaniyadakı bütün aktivləri dondurulub.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökumətindən bildiriblər. Medvedçuka qarşı sanksiyalar Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində tətbiq edilib. Onun hərəkətlərinin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etdiyi deyilib.

Qeyd edək ki, prezident Vladimir Zelenski Medvedçukun Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində saxlanıldığını açıqlayıb. Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR