İnsanlara hürriyət, millətlərə istiqlal!

“Brent” markalı neftin qiyməti 98 dollara düşüb

Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri çərşənbə günü 2,53 faiz ucuzlaşaraq bir barel üçün 98 ABŞ dolları təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatlarında görmək olar.

Avqustun 3-də Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti bir barel üçün 98,43 dollar olub ki, bu da öncəki sessiyanın bağlanış səviyyəsindən 2,1 faiz aşağıdır. Eyni zamanda, WTI markalı neftin fyuçerslərinin qiyməti 2 faiz ucuzlaşaraq bir barel üçün 92,42 ABŞ dolları olub.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti sonuncu dəfə iyulun 14-də 98 dollar/barel səviyyəsinə düşmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR