İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya prezidenti Latın Amerikası ölkələrini Venesuela və Kubaya kömək etməyə çağırıb

Braziliya prezidenti Luis İnasio Lula da Silva Latın Amerikası və Karib hövzəsi ölkələrini (CELAC) Kuba və Venesuelanın daxili problemlərinin həll üçün kömək istəyib.

“Braziliya və CELAC ölkələri Venesuela və Kubaya qayğı ilə yanaşmalıdır. Biz bacardığımız qədər kömək edəcəyik, - deyə o Argentina prezidenti Alberto Fernandes ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Luis İnasio Lula da Silva qeyd edib ki, o, Venesuela və Kuba nümayəndələrinin CELAC-ın iclaslarında iştirakını vacib hesab edir. Eyni zamanda, Braziliya lideri Venesuela prezidenti Nikolas Maduro ilə Buenos-Ayresdə planlaşdırılan görüşünün ləğv olunduğunu təsdiqləyib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR