İnsanlara hürriyət, millətlərə istiqlal!

BP-dən TAP-ın səhmini alan fond Fransa bankından borclanır

Fransa bankı BNP Paribas Amerika investisiya şirkəti Apollo Global Management və onun nəzarətində olan Atlas SP Partners şirkətinə 5 milyard dollar maliyyə ayıracaq.

Musavat.com xəbər verir ki, bu məlumatı Apollo Global Management açıqlayıb.

Vəsaitlər investisiya kateqoriyalı borcalanların təminatlı kreditləşməsi üçün istifadə olunacaq. Vaxt keçdikcə maliyyənin həcminin artacağı gözlənilir. Məlumata görə, tərəfdaşlar həmçinin, sekuritizasiya ilə yanaşı, anbarda mallarla təminatla kreditləşmə ilə məşğul olan Apollo və Atlas müştəriləri üçün aktivlərin sekyuritləşdirilməsi sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər.

2022-ci ildə Apollo və BNP dövriyyə kapitalı və təchizat zəncirinin ehtiyaclarını maliyyələşdirməyi təmin edən Eliant Inventory Solutions platformasını işə salıb.

Qeyd edək ki, Apollo Global Management BP şirkətinin Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik Boru Kəməri(TAP) layihəsinin payının bir qismini də alır. Alqı-satqının dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir. Fond həmçinin iri Avropa şirkətlərinin səhmlərini alır: o, artıq Air France, Intel və Vonovia şirkətlərinin hissələrini alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR