İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın XİN başçısı “Challenger-2” tanklarının Rusiya-Ukrayna müharibəsindəki rolundan danışıb

Böyük Britaniyanın xarici işlər naziri Ukraynaya “Challenger-2” tanklarının tədarükünə haqq qazandırıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu bardə Ceyms Kleverli Vaşinqtonda “Thinktank” beyin mərkəzindəki çıxışında bildirib. O bildirib ki, bu yardım müharibəni tez bir zamanda başa çatdırmaq üçün nəzərdə tutulub.

“Bu müharibə artıq uzun müddətdir ki, davam edir. İndi isə onu bir nəticəyə çatdırmağın vaxtıdır”, – deyə Ceyms Kleverli bildirib.

O, Böyük Britaniyanın ukraynalılara tanklar göndərməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə bu Ukraynanaın şərq və qərb istiqamətində daha güclü müqavimət göstərməsinə şərait yaradacaq.

Qeyd edək ki, Ceyms Kleverli hazırda ABŞ və Kanadaya rəsmi səfərdədir.


Aytən Abbaslı

APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR