Onlayn ictimai-siyasi qəzet
"Avropa İttifaqı Ukraynaya bir milyon mərminin tədarükünü demək olar ki, başa çatdırıb".
Musavat.com Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Onun sözlərinə görə, artıq Ukraynaya 980 mindən çox mərmi göndərilib və yaxın vaxtlarda bu rəqəm bir milyonu keçəcək.
"Yaz aylarına olan plan yerinə yetirilməsə də, Aİ istehsalı sürətləndirib və ilin sonuna qədər 1,5 milyondan çox döyüş sursatı göndərməyi vəd edir", - Borrell qeyd edib.
Afaq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ