Onlayn ictimai-siyasi qəzet
Son illər qlobal ÜDM-in strukturunda Avropa İttifaqı (Aİ) iqtisadiyyatının payı aşağı düşüb, oxşar tendensiya ortamüddətli perspektivdə də davam edə bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.
O, həmçinin dünyanın aparıcı iqtisadiyyatları - Çin və ABŞ arasında strateji rəqabətin güclənməsindən narahat olduğunu bildirib. Borrelin fikrincə, belə bir qarşıdurmanın əsas qurbanlarından biri Aİ ola bilər. O, Çin və ABŞ arasındakı rəqabətin “növbəti onillikdə dünya inkişafının əsas vektorunu müəyyənləşdirəcəyini”deyib.
Borrell bildirib ki, Aİ iqtisadiyyatının rəqabət qabiliyyəti son vaxtlar təkcə Çinə deyil, ABŞ-a da uduzmağa başlayıb. Bu tendensiya ortamüddətli perspektivdə davam edərsə, Avropa bazarı əhəmiyyətli miqdarda kapital itirə bilər. Onun fikrincə, buna bir sıra amillər, o cümlədən ABŞ-da enerji qiymətlərinin aşağı düşməsi, həmçinin Amerika maliyyə bazarının sabit vəziyyəti kömək edəcək.
Bundan əvvəl Bloomberg sorğuda iştirak edən analitiklərə istinadən ABŞ, Avropa və digər ölkələr arasında yeni ticarət müharibələrinin olacağını proqnozlaşdırmışdı. Ekspertlərin fikrincə, bu cür risklər Çin hakimiyyətinin istehsala sərmayə qoymaq və öz mallarının ixracını artırmaqla tənəzzüldən qaçmaq istəyi ilə bağlı olacaq.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ