Onlayn ictimai-siyasi qəzet
Hindistanın keçmiş Baş naziri Manmohan Singh uzun sürən səhhət problemləri səbəbindən dünən xəstəxanada dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, xəstəxana rəhbərliyinin açıqlamasında bildirilib ki, Singh göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib: "Hindistanın keçmiş Baş naziri Manmohan Singh-in 92 yaşında vəfat etdiyini dərin kədər hissi ilə bildiririk."
Hindistanın hazırkı Baş naziri Narendra Modi "X" sosial media platformasında Singh ilə çəkilmiş fotolarını paylaşaraq, başsağlığı verib.
"Hindistanın ən görkəmli liderlərindən biri olan Dr. Manmohan Singh-in itkisinə yas tuturuq. Onun millətimizə etdiyi töhfələr həmişə yaddaşlarda qalacaq," - deyə Modi qeyd edib və mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıb.
Manmohan Singh-in vəfatı ilə əlaqədar Hindistanda 7 günlük matəm elan edilib.
Xatırladaq ki, Hindistanın 13-cü Baş naziri olan Manmohan Singh 2004-2014-cü illərdə bu vəzifədə çalışıb. O, ölkədə Sih dininə mənsub ilk baş nazir olub və Hindistanın iqtisadi inkişafına böyük töhfələr verib.
Mənbə: https://www.aa.com.tr/tr/dunya/hindistanin
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ