İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qəza ilə bağlı real kəşfiyyat məlumatları var - Con Kirbi

ABŞ Bakı-Qroznı reysi ilə bağlı baş verən təyyarə qəzasının araşdırılmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi online brifinq zamanı bunu təsdiqləyib.

"Biz təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulma ehtimalını göstərən bəzi ilkin əlamətlər gördük. Hazırda araşdırma aparılır və bu proses Qazaxıstan və Azərbaycan tərəfindən birgə həyata keçirilir", - deyə Kirbi bildirib.

ABŞ rəsmisi qeyd edib ki, prezident Cozef Bayden hadisə barədə məlumatlandırılıb: "Prezident Bayden əmin olmaq istəyirdi ki, ABŞ hökuməti Azərbaycanın hökumətinə dəstəyə hazır olduğumuzu aydın şəkildə çatdırıb. Bu mesaj həm diplomatlar, həm də Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmiləri vasitəsilə ötürülüb".

Con Kirbi, həmçinin, ABŞ-ın qəza ilə bağlı real kəşfiyyat məlumatlarının olduğunu təsdiqləyib: "Qısa cavab - bəli," - deyə o bildirib, lakin əlavə təfərrüatları paylaşmayıb.

Daha əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hadisə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və həm Qazaxıstan, həm də Azərbaycan hökumətlərinə lazım olduğu təqdirdə yardım etməyə hazır olduqlarını vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR