İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz qiymətləri sürətlə bahalaşır

Avropada qazın qiymətində bahalaşma başlayıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Ukrayna üzərindən qaz nəqlinin dayandırılmasının dəqiqləşməsi Avropanın qaz bazarında fyuçerslərin qiymətinin 5 faiz artmasına gətirib çıxarıb.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadan tranzitlə bağlı yeni müqavilə olmayacaq.

Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin 2025-ci il yanvarın 1-i saat 07:00-da (Moskva vaxtı ilə 08:00) Rusiyadan qaz tranzitini dayandıracağını bildirib. Eyni zamanda o qeyd edib ki, tranzitin bərpası Avropa Komissiyasının tələbi ilə mümkün ola bilər, amma Rusiya qazı olmamaq şərtilə.

V.Putin MDB dövlət başçılarının Minsk zirvəsində qazın Avropaya Polşa üzərindən nəqlinin mümkün olduğunu deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR