İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bombardman" əmrinə qarşı çıxan Suriyalı pilota qızıl qılınc hədiyyə etdilər - VİDEO

Suriyanın Həma şəhərindəki mülki əhalinin bombalanması əmrinə qarşı çıxan pilota onur hədiyyəsi təqdim olunub. 

Musavat.com xəbər verir ki, bu səbəbdən 43 il həbsdə qalan suriyalı pilot Ragid Tatariyə qızıl naxışlı qılınc hədiyyə edilib.  Belə ki, 1982-ci ildə pilota Həma şəhərindəki mülki şəxsləri bombalamaq əmr olunub, lakin o, bunu etməkdən boyun qaçırıb. 

Nəticədə Baas rejiminin Həma şəhərində mülki əhalini bombalama əmrinə qarşı çıxan Tatari 27 yaşında həbs olunub və uzun illər rejimin zindanlarında qalıb. O yalnız Əsəd rejimi devrildikdən sonra azad edilib. 

Azadlığa çıxan Tatariyə Həma şəhərində bir məsciddə cümə namazı sonrasında qızıl işləməli qılınc hədiyyə edilib.

Məscidin imamı Şeyx Muaz Reydan hədiyyənin "Tatarinin həyatının yarısından çoxunu rejimin zindanlarında keçirmiş olmasının simvolik bir hədiyyəsi" olduğunu açıqlayıb.

Mənbə: https://www.trthaber.com/haber/dunya/baas-rejimi

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR