Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın “Pотяг у 31 грудня” (31 Dekabr Qatarı) adlı filmində çəkilib.
Filmə aid yayılan videoda Conson əyləncəli və səmimi bir üslubda Ukrayna xalqına müraciət edib:
“Добрий день, everybody. Happy New Year, українці!” (Salam, hər kəs! Yeni iliniz mübarək, ukraynalılar!)
Videoda Boris Conson başında Ukraynaya aid zarafatlı ifadə yazılmış papaq geyinib. Papaqda “Nömrələnmə qatarın başından başlayır” ifadəsi yazılıb. Bu, filmin yaradıcı heyəti və aktyorlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Boris Conson Ukrayna xalqına dəstəyini və həmrəyliyini bir daha göstərərək bu ölkənin mədəni layihəsində iştirak edib. Məlumdur ki, Conson Böyük Britaniyanın baş naziri olduğu dövrdə də Ukraynanın Rusiyaya qarşı mübarizəsində açıq dəstək nümayiş etdirib.
Filmin yaradıcıları və aktyorlar Boris Consonla çəkilmiş xatirə fotosunu sosial şəbəkələrdə paylaşaraq, onun bu layihədə iştirakının onlar üçün böyük şərəf olduğunu vurğulayıblar.
“Потяг у 31 грудня” filmi Yeni il gecəsi baş verən əhvalatları və Ukrayna xalqının ümid və dirçəlişini əks etdirən bir mədəni layihədir. Boris Consonun filmə qatılması, onun Ukrayna mədəniyyətinə və xalqına olan dərin hörmətinin göstəricisi kimi qəbul edilir.
Bu, bir daha göstərir ki, dünya liderləri Ukrayna xalqının yanında olmaq və onların səsinə səs vermək üçün müxtəlif yollarla dəstək göstərirlər. Boris Consonun iştirakı isə bu dəstəyin ən diqqətçəkən nümunələrindən biridir.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ