İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə AZAL-a məxsus təyyarə qəzası ilə bağlı istintaq komissiyası yaratdı

Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında Türkiyədə 8 nəfərlik istintaq komissiyası yaradılıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial media platformasındakı paylaşımında məlumat verib.

Nazirin sözlərinə görə, istintaq komissiyası yaxın saatlarda Bakıya yola düşəcək. Sabahdan etibarən komissiya üzvləri Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyərək qəzanın səbəblərini araşdıracaq, texniki və əməliyyat təhlillərini aparacaq.

"Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik," - deyə nazir bildirib.

Qeyd edək ki, komissiya qəzanın bütün aspektlərini əhatə edəcək təhlilləri həyata keçirmək məqsədilə fəaliyyət göstərəcək. Hazırda hadisənin detalları ilə bağlı araşdırmalar davam edir. 

 

Musavat.com

Screenshot_4.png (36 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR