İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktoker HƏBS OLUNDU

"Bəniz" kimi tanınan tiktoker Aybəniz Xəlilova haqqında yenidən həbs qərarı verilib.

Musavat.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.

Prokurorun təqdimatı və zərərçəkmişin vəsatəti əsasında "Bəniz" barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, o, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.

Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR