İnsanlara hürriyət, millətlərə istiqlal!

"FlightRadar24" qəzaya uğrayan təyyarənin uçuşunun radarda görünməyən hissəsini dərc etdi

"FlightRadar24" dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin uçuşunun radarda görünməyən hissəsini dərc edib.

Oxu.Az xəbər verir ki, bu barədə "FlightRadar24"nun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, "J28243" reysi ilə Bakıdan Qroznıya uçan təyyarə Bakı vaxtı ilə saat 03:55-də yola düşüb. Təyyarə uçuş zamanı əhəmiyyətli GPS müdaxiləsi ilə qarşılaşdığı zaman ADS-B-nin yeri barədə dəqiq məlumatlar UTC 04:25-ə qədər qəbul edilib. Təyyarə saat 04:25-dən 04:37-dək mövqe məlumatlarının göndərilməsini tamamilə dayandırıb. 04:37 ilə 04:40 arasında təyyarə təxmini səhv mövqe məlumatlarını göndərib.

"Flightradar24" qəbulediciləri 04:40-dan 05:03-ə qədər təyyarədən məlumat ala bilməyiblər və 05:04-dən 05:13-ə qədər ikinci boşluq yaranıb. 05:13-dən 06:07-dək təyyarədən alınan bütün məlumatlarda mövqe məlumatı olmayıb. 06:07 UTC-dən 06:28-ə qədər təyyarədən mövqe məlumatları qəbul edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR