İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanda ruspərəstlər seçkiləri UDUZDU

Bolqarıstanda keçmiş baş nazir Boyko Borisovun sağ mərkəzçi GERB partiyası ötən bazar günü keçirilən növbədənkənar parlament seçkilərində liderliyi əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Son məlumatlara əsasən, GERB 26,08% səs toplayıb. İkinci yerdə 14,76% səslə “Dəyişikliklərin davam etdirilməsi - Demokratik Bolqarıstan” (PP-DB) gəlir.

Rusiyayönlü “Dirçəliş” partiyası 13,81% səs toplayıb. “Hüquq və Azadlıqlar Hərəkatı – Yeni Başlanğıclar” (DPS) 10,36%, Bolqarıstan Sosialist Partiyası (BSP) 7,75%, “Hüquq və Azadlıqlar Alyansı” 7,14%, “Belə bir xalq var” 7,02% səs toplayıb.

Bolqarıstanın yeni parlamentinə iki yeni partiya da daxil olub: Ukraynanın dəstəyinə qarşı çıxan MEÇ (Moral, Edinstvo, Çest) seçicilərin 4,70%-ni, sağçı populist “Böyüklük” isə 4,13% səs toplayıb.

Koalisiya yaratmaq imkanını şərh edən qalib partiyanın lideri Boyko Borisov “Dirçəliş”dən başqa bütün partiyalarla əməkdaşlıq edə biləcəklərini söyləyib.

Qeyd edək ki, bu, Bolqarıstanda son 4 ildə sayca yeddinci seçkidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR