Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, noyabrın 24-də Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” sərnişin təyyarəsi Antalyada eniş edərkən yanıb. Yanğın nəticəsində 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib, ölən və yaralanan olmayıb.
“Qafqazinfo”nun Rusiyanın “SHOT” teleqram kanalına istinadən məlumatına görə, hadisə zamanı Sultan Sultanov adlı azərbaycanlı sərnişinlərin xilas edilməsinə kömək edib.
Bildirilib ki, yanğın zamanı sərnişinlərdən biri olan S.Sultanov təyyarənin stüardessasının təşviş içərisində olduğunu görüb. Məlumata görə, işlə bağlı Türkiyəyə uçan Sultanov hadisə vaxtı ön oturacaqda əyləşibmiş. Krasnodar sakini olan həmyerlimiz təcili çıxış qapısını özü açıb və sərnişinlərə çıxmağa yardım edib.
Qeyd olunub ki, Dövlət Dumasının deputatı Dmitriy Qusev Krasnodar diyarının rəhbəri Veniamin Kondratyevə müraciət edərək Sultanovun mükafatlandırılmasını istəyib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ