Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Yunanıstanın hava hücumundan müdafiə (HHM) üçün istifadə etdiyi Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri və digər iki silah sistemi Ermənistana ötürüləcək.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Yunanıstanın Ermənistana "S-300" raket sisteminin verilməsi barədə məlumatı şərh edib.
Zaxarova bildirib ki, Moskvaya Rusiya hərbi məhsullarının başqa ölkələrə təkrar ixracı ilə bağlı heç bir müraciət daxil olmayıb.
O, həmçinin, 30 oktyabr 1995-ci il tarixli ikitərəfli hökumətlərarası hərbi-texniki əməkdaşlıq haqqında sazişin və 3 dekabr 2013-cü il tarixli hərbi təyinatlı məhsulların tədarükü ilə bağlı sazişin maddələrinə tam riayət edilməsinin vacibliyini bir daha xatırladıb:
"Bu sazişlər açıq şəkildə Yunanıstana bizim tərəfimizdən verilmiş hərbi texnikanın Rusiyanın razılığı olmadan yenidən ixracını qadağan edir", — deyə Zaxarova vurğulayıb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ