İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atəşkəs Livan və İsrail üçün qələbə, İran, “Hizbullah” və HƏMAS üçün ağır itki kimi başa düşülür, amma..."

"İsraillə “Hizbullah” arasındakı hərbi əməliyyatların daimi dayandırılması üçün nəzərdə tutulan atəşkəs ilk baxışda Livan və İsrail üçün qələbə, İran, “Hizbullah” və HƏMAS üçün ağır itki kimi başa düşülür. Ancaq ABŞ, Fransa, İsrail və Livan “Hizbullah”la İranın qarşısını ala bilməsə, Tehran regionda uğursuzluq zəncirinin bir həlqəsini qırmış olacaq".

Musavat.com bildirir ki, bu barədə siyasi təhlilçi Aqşin Kərimov deyib.

79160015-36cc-412b-9dd8-efcecd04-1.jpg (98 KB)

Siyasi təhlilçinin fikrincə, İran uğursuzluqlarının davamının gəlməməsi və toparlanmaq üçün İsrailə dolayı yolla Yaxın Şərqdə “güzəştə getməyə” məcbur oldu və bunun başqa bir səbəbi Qərblə İran arasındakı nüvə danışıqlarıdır:

"Yəqin ki, Tehran Qərb tərəfindən verilə biləcək güzəştlərin müqabilində İsraillə başqa cür, daha dəqiqi nisbətən loyal oynamaq imkanını nəzərdən keçirir.

İranın “oyunu” perspektivdə özü üçün mühüm dəyişikliyə yol açmağa fokuslana bilər.

Çünki İran 2025-ci ildən səlahiyyətlərinin icrasına başlayacaq Donald Trampın mümkün təcrid siyasətini və təzyiqlərini azaltmaq üçün fürsət axtarır.

Şübhə yoxdur ki, İran “Hizbullah”ın atəşkəsə əməl etməsinə “kömək etmək” öhdəliyi göstərəcək. Bu, Tramp administrasiyasının perspektiv təzyiqlərini azaltması üçün motivasiya ola bilər. Lakin İranın nüvə silahına təhlükəli yaxınlaşması barədə hesabatlar fikir dolaşıqları yaradır.

Ümumilikdə hadisələrin ən gur səsi Suriyada çıxmaqdadır, beləliklə, Suriyada bütün oyunlar pozula bilər".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR