Onlayn ictimai-siyasi qəzet
Türkiyədə qeyri-adi olay yaşanıb.
Eyüpsultan bələdiyyəsinin borca qarşı tarixi qəbiristanlıqdan yer təklifi müzakirələrə yol açıb.
Eyüpsultan Bələdiyyəsinin mətbəə işinə baxan Yılmaz Kurt adlı sahibkara 4 milyon liraya yaxın borcunu ödəməməsi mübahisə yaradıb. Qanuni yollarla borcunu tələb edən Kurt bələdiyyənin borca qarşılıq ona tarixi qəbiristanlıq ərazisini təklif etməsinə etiraz edib.
Kurtun sözlərinə görə 2023-cü il dekabrın 29-da mətbəə işləri tamamlanaraq bələdiyyəyə təhvil verilib, lakin ödənişlər edilməyib. Bu səbəbdən Kurt hüquqi prosesə başlayaraq bələdiyyədən borcunu tələb edib. Cavab olaraq ona Eyüpsultanın Ağaçlık məhəlləsində yer təklif edildiyi bildirilib. Lakin Kurtun araşdırmaları nəticəsində məlum olub ki, bu ərazi tarixi qəbiristanlıqdır.
Məsələ ilə bağlı açıqlama verən Yılmaz Kurt deyib: "Eyüpsultan Bələdiyyəsinə işimi təhvil verdim, lakin ödəniş edilmədi. Vəkil vasitəsilə tələb etdim, nəticədə bu qəbiristanlığı göstərdilər. Mən indi bu qəbiristanlıqla nə edəcəyəm? Burada tarixi qəbirlər var. Bələdiyyə mənə bu ərazini satıb pulumu əldə edə biləcəyimi dedi. Amma belə bir yerin satışı necə mümkün olacaq?"
Qəbiristanlıq ərazisinin icra yolu ilə satışa çıxarılacağını bildirən Kurt bu qərarın həm hüquqi, həm də mənəvi problemlər yaradacağını vurğulayıb. O, əlavə edib: "Qəbirləri köçürtmək hüquqi və ictimai baxımdan böyük çətinliklər yarada bilər. Üstəlik, belə satışa cəmiyyətin reaksiyası da mənfi olacaq. Bu məsələ ilə bağlı bələdiyyə aydın bir cavab verməlidir."/Milli.Az /
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ