İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Elman Paşayevə rəhm etmədi

Rusiya məhkəməsi keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb.

Musavat.com xəbər verir ki, onun həbs müddəti yanvarın 15-dək uzadılıb.

Qeyd edək ki, sentyabrın 18-də Moskva Qarnizonu Hərbi Məhkəməsi Paşayevin 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Görüş bağlı qapılar arxasında keçirilib.

Elman Paşayevin müdafiə tərəfinin nümayəndələri azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan həbs-qətimkan tədbirinin seçilməsində israr ediblər.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR