İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boeing” tələbatı nəzərə alaraq, bu il 10 min insanı işə götürəcək

Dünyada pandemiyanın zəifləməsi, təyyarə səfərlərinin bərpası 2023-cü ildə hava gəmisi istehsalının artmasına səbəb olub.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın təyyarə istehsalçısı “Boeing” bunu nəzərə alaraq cari ildə 10 min nəfəri işə götürməyi planlaşdırır. Hazırda “Boeing”in ABŞ-da təxminən 136 min işçisi çalışır.

Əlavə iş yerlərinin əksəriyyəti aviaşirkətlərin artan tələbatını ödəmək üçün “Boeing”in biznes bölmələrində, o cümlədən mühəndislik və istehsalatda açılacaq.

Şirkət 2022-ci ildə 374 ədəd “737 MAX” tədarük etmişdisə, cari ildə bu rəqəmin 400-450-yə çatması planlaşdırılır. “787” tipli təyyarə tədarükünün isə 70-80 laynerə çatacağı gözlənilir.

“Boeing”in rəqibi “Airbus” da bu həftə cari ildə 13 min nəfəri işə götürəcəyini bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR