İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT baş katibi: “Bəzi ölkələr yenidən ağılsızcasına “nüvə qılıncı” yelləyirlər”

“Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi yenidən dünyanı bürüyüb”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikir BMT-nin baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş tədbirlərlə bağlı müraciətində qeyd olunub.

“Nüvə müharibəsinin təbilləri yenidən döyülür. Etibarsızlıq və fikir ayrılığı artır. “Soyuq müharibə” illərində dünyanı bürümüş nüvə töhlükəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ağılsızcasına “nüvə qılıncı” yelləyir, bu məhvetmə vasitələrindən istifadə etməklə hədələyirlər”, - deyə Xirosimadakı tədbirə baş katibin müavini, tərksilah üzrə ali nümayəndəsi İzumi Nakamitsu dünya təşkilatı rəhbərinin tədbirə ünvanladığı müraciəti oxuyub.

Eyni zamanda BMT baş katibi bu mesajında baş verənlərə görə ABŞ-ı məsul ölkə kimi qeyd etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR