İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: "Aclıq böhranı dünyada görünməmiş qlobal yerdəyişməyə səbəb olacaq"

Ukraynadakı müharibə bütün dünyada 100 milyondan çox insanı didərgin salıb və BMT aclıq böhranının bir çox insanı evlərini tərk etməyə məcbur edəcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə rəhbəri Filippo Qrandi jurnalistlərə danışıb.

Onun sözlərinə görə, qlobal ərzaq təhlükəsizliyi böhranı ilə mübarizə "daha çox insanın köçünün qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir". "Məndən nə qədər olduğunu soruşursunuz... Bilmirəm, amma bunlar olduqca böyük rəqəmlərdir. Həll olunmadığı təqdirdə isə nəticələr dağıdıcı olacaq",- deyə Qrandi qeyd edib.

Filippo Qrandi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qlobal yerdəyişmə ilə bağlı illik hesabatını da təqdim edib. Həmin sənədə əsasən, 2021-ci ilin sonunda rekord sayda, 89,3 milyon insan didərgin düşüb.

"Son on ildə hər il rəqəmlər artıb. Ya beynəlxalq ictimaiyyət bu insanlıq faciəsini aradan qaldırmaq, münaqişələri həll etmək və davamlı həll yolları tapmaq üçün hərəkətə keçmək üçün bir araya gələcək, ya da bu dəhşətli tendensiya davam edəcək”.

BMT agentliyi 2021-ci ilin sonunda rekord həddə - 27,1 milyon insanın qaçqın statusunda yaşadığını, sığınacaq axtaranların sayının isə 11 faiz artaraq 4,6 milyon nəfərə çatdığını müəyyən edib.

Artıq 15-ci ildir ki, münaqişələr səbəbindən məcburi köçkünlərin sayı 53,2 milyon nəfərə çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR