İnsanlara hürriyət, millətlərə istiqlal!

"Blinken gələcək" iddiası - Plansız səfərin SƏBƏBİ NƏDİR?

ABŞ dövlət katibi Antoni Blinkenin fevralın 20-22-də Ankara və Afinaya səfər edəcəyi irəli sürülüb.

Musavat.com xəbər verir ki, yunan mətbuatının yazdığına görə, Blinkenin Türkiyə və Yunanıstana əvvəlcədən proqramlaşdırılmamış səfərinin səbəbi seçkiqabağı dövrdə hər hansı gərginlik ehtimalının qarşısını almaqdır.

Eyni xəbərdə fevralın 21-də Yunanıstana gəlməsi gözlənən ABŞ dövlət katibinin Afina və Ankara ilə yanaşı, Qüdsə də səfər edəcəyi bildirilib.

Bundan başqa, ABŞ-ın Afinadakı səfiri Corc Tsunis həftəlik “To Vima” qəzetinə açıqlama verib. O, NATO müttəfiqlərinin Ukraynadakı müharibə zamanı daha sıx şəkildə birləşməli olduqlarını ifadə edib:

“ABŞ tərəfləri gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırır. Müttəfiqlərimiz olan Türkiyə və Yunanıstanın regionda sülh və təhlükəsizliyi qoruyub saxlaması, aralarındakı məsələləri beynəlxalq hüquqa uyğun olaraq diplomatiya yolu ilə həll etməsi son dərəcə vacibdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR