İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkekdə su qıtlığı - hamamlar, yuyucu sexləri, hovuzlar bağlanır


Qırğızıstanın paytaxtında adambaşına gündəlik su istehlakı 241% artıb.

Musavat.com xarici mediaya istinadla istinadən xəbər verir ki, Bişkekdə böyük miqdarda su istehlak edən şəxsi hamamlar, avtoyuma məntəqələri və hovuzlar müvəqqəti bağlanıb.

Bu qərar Qırğızıstanın paytaxtı merinin müavini Jırqalbek Şamirəliyevin müvafiq xidmətlərlə birlikdə kəskin içməli su çatışmazlığı ilə bağlı təşkil etdiyi reyd nəticəsində qəbul edilib.

Bildirilir ki, Bişkek içməli su ilə Orto-Alış və Ala-Arça yeraltı yataqlarının 37 suqəbuledici məntəqəsindən təmin edilir.

“Paytaxtın əsas su təchizatı mənbəyi içməli suyun 40 faizdən çoxunu təmin edən Orto-Alış su anbarıdır. 2 iyun 2023-cü il tarixinə dərinliyi 160-250 metr olan 334 artezian quyusu istismar edilir”, - Bişkek meriyası bildirib.

Bələdiyyə son illər, xüsusilə yay aylarında əhalinin içməli su ilə təmin edilməsi probleminin təkcə yaşayış məntəqələrində deyil, bütövlükdə Bişkekdə daha da kəskinləşdiyini vurğulayır. Gün ərzində adambaşına orta su sərfi 241 faiz artaraq 170 litrdən 410 litrə yüksəlib.

Şəhər rəhbərliyi qeyd edir ki, su sərfiyyatının artmasının səbəblərindən biri də yaşıllıqların və təsərrüfat sahələrinin suvarılması üçün içməli sudan nəzarətsiz və səmərəsiz istifadə olunmasıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR