İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir sıra xarici liderlərin bu həftə Ukraynaya səfərləri planlaşdırılır

Bir sıra xarici liderlərin bu həftə Ukraynaya səfərləri planlaşdırılır.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, bir neçə ölkənin dövlət və hökumət rəsmiləri Kiyevə səfərə hazırlaşır. Bundan əlavə, diplomatik nümayəndəliklərin əməkdaşları paytaxta qayıtmaqda davam edəcəklər.

Prezident Ofisi belə səfərləri Qərbin Ukraynaya dəstəyinin sübutu adlandırıb. Ofis rəsmisinin sözlərinə görə, hər bir lider silah tədarükü, sanksiyaların saxlanması və ya Ukraynanın Avropa İttifaqına daxil olması mövzularında konkret təkliflərlə gəlir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR