İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə məsuliyyətsiz sürücüyə görə Bakının bu istiqamətində xaos yaşandı - VİDEO

65 saylı marşrut xəttinin avtobusları yolu keçə bilmədikləri üçün 1 saata yaxın eyni yerdə hərəkətsiz qalmağa məcbur olublar.  

Məsələ ilə bağlı BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün Murtuza Muxtarov küçəsində qeydə alınıb.

Buna səbəb isə avtomobillərin səliqəsiz park edilməsi olub. Nəticədə 65 saylı marşrut xətti üzrə çoxsaylı avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət, 1 saata yaxındır, tamamilə dayanıb.

Baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stressə səbəb olur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR