İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə..."

"Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir məhdudiyyət və yaxud da qadağa yoxdur".

Bunu APA-nın sualına cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

"Amma biz tövsiyə edirik ki, bir dəfə getdikdən sonra digər Həcc səfərlərinin əvəzinə, maddi ehtiyacı olan şəxslərə yardım edilsin. İndi bəzi insanlar bir neçə dəfə Həcc ziyarətinə getməklə yanaşı, həm də ehtiyacı olan insanlara yardım edirlərsə də, bu da normaldır", - Fuad Nurullayev əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR