İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə Aİ ölkəsi ukraynalı qaçqınların sığınacaq xahişini rədd edir

Avropa İttifaqının üzvü olan Macarıstan və Çexiya Qərbi Ukraynadan olan ukraynalı qaçqınlara sığınacaq verilməsindən imtina etməyə başlayıblar.

Musavat.com “Politico”ya istinadla xəbər verir ki, buna səbəb onların yaşayış yerinin təhlükəsiz sayılmasıdır. Hesab olunur ki, Ukraynanın qərbi Rusiya hərbçilərinin işğal etdiyi regionlardan və hərbi əməliyyatlar aparılan yerlərdən çox uzaqdır.

“Bir sıra ölkələr də Qərbi Ukraynadan olan insanlara sığınacaq verilməsindən imtina etməyə başlayırlar”, - nəşr yazır. Qeyd olunur ki, Ukrayna qaçqınları ilə bağlı öz siyasətinə yenidən baxan ölkələr sırasına Norveç də daxil edilib.

Bundan əvvəl Berlin əyaləti hökumətinin qaçqınlarla iş üzrə departamentinin rəhbəri Mark Sibert bildirmişdi ki, ukraynalı qaçqınların əksəriyyəti Almaniyada qalmaq istəyir və Ukraynaya qayıtmaqdan imtina edir.

Öz növbəsində Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer münaqişənin başlamasından sonra almanların ukraynalı qaçqınlara münasibətinin daha da pisləşdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR