Onlayn ictimai-siyasi qəzet
Bir neçə gündür Ermənistan aktiv şəkildə hərbi təlimlər adı altında şərti sərhəddə canlı qüvvə və texnika toplayır. Ermənistanın hücum istehkamları qurması haqda məlumatlar da yayılır. Azərbaycan və Ermənistan arasında yaranacaq mümkün eskalasiya fonunda kənar aktorların regiona təsiri nə dərəcədə güclüdür?
Mövzu ilə bağlı Medianews.az-a danışan ehtiyatda olan türkiyəli general-mayor Yücel Karauz bildirib ki, Ermənistanın hərbi baxımdan təlim keçirmək gücü yoxdur.
Onun sözlərinə görə, Ermənistanın Naxçıvan və Azərbaycanın əsas bölgəsində həyata keçirdiyi təxribatların sifarişçisi məhz kənar aktorlardır: “Kənar qüvvələr nə istəsə, Ermənistan onu icra edir. Azərbaycanın mövqelərinə qarşı zaman-zaman hücumların baş tutmasında rol oynayanlar da həmin qüvvələrdir. Ermənistan 2020-ci il və son olaraq anti-terror tədbirlərindən sonra hücumlara hazırlaşır. Azərbaycan və Ermənistan arasında ortaya çıxa biləcək hər hansı münaqişə fonunda qarşımızda əcnəbi qüvvələri və muzdlu əsgərləri görəcəyik. Kənar qüvvələrin regiona təsirləri qaçılmaz olacaq”.
Onun sözlərinə görə, Ermənistan İkinci Qarabağ müharibəsindən bu yana sülh müqaviləsi imzalamaq yerinə, gücünü silahlara, təxribatlara, özünə tərəfdar toplamağa sərf edir: “Rəsmi İrəvan 200 illik siyasətinə sadiq qalaraq bölgəni münaqişə zonasına çevirməyə maraqlıdır. Ermənistan 1920-ci ildən bu yana strateji müttəfiq olaraq Rusiyanı deyil, ABŞ-ni seçib. Regiondakı son gəlişmələr bir daşla 4 quş vurmaq ssenarisidir. Lakin həmin daş əllərində qalacaq. Ermənistanın hərbi eskalasiya hazırlığına, məkrli oyuna qarşı Azərbaycanın və “Şuşa Bəyannaməsi” ilə bir-birinə sıx bağlı olan Türkiyənin gücü kifayət edəcək”.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ