Onlayn ictimai-siyasi qəzet
S“arsaq” oyun deyəsən indi Ermənistanda davam etdirilir. Gələn xəbərə görə, bu gün bir qrup erməni İrəvanda separatçıların qondarma “nümayəndəliyi”nin binasına soxulub. Onlar Qarabağda “müəssisələrin” işçilərinə maaşların verilməsinin dayandırılması barədə saxta qurumun son “ekzotik” rəhbəri Samvel Şahramanyanın dünənki qərarından hiddətləniblər.
Şahramanyan isə etirazçıları sakitləşdirmək üçün nə desə yaxşıdır?
Sitat: “Artsax respublikası ləğv olunmayıb. Ümumxalq səsverməsi ilə qəbul ediləni fərmanla ləğv eləmək olmaz. Bizim Ermənistanda düşmənimiz yoxdur. Bizim bir düşmənimiz var, onu da hamı tanıyır” (Üslub saxlanılıb). Onu da deyib ki, “fərman” və onun hansı şəraitdə ortaya çıxması haqda təfərrüatlı şəkildə Ermənistan İctimai Televiziyasının efirində danışacaq.
Zavallı daşnak, nə danışacaqsan ki? Məgər cəmi bir ay öncə Qarabağda Azərbaycan əsgərinin qorxusundan şalvarını batıran, siçan deşiyi axtaran, canını satın alan siz deyildiniz? Özünüzə gəlin, “miatsum” qatarı çoxdan gedib, yolunda ot da bitib! Minnətinizi Paşinyana saxlayın.
Guya Azərbaycan üçün qanunsuz rejimin özünü buraxıb-buraxmasının isti-soyuqluğu varmış. Oyuncaq qurumu şanlı Ordumuz elə dərinə basdırmayıb ki, bir də hardasa dirilib bizə problem yarada bilsin. İrəvan yox, lap Marsel olsun, nə qədər istəyirsiniz “evcik-evcik” oyunu oynayın. Xankəndidə artıq Azərbaycan bayrağı dalğalanır və dalğalanacaq. Həmişəlik...
“Ümumxalq səsverməsi ilə qəbul ediləni fərmanla ləğv etmək olmaz”. İştahalarına bax. Sanki dünya birliyinin tanıdığı, BMT üzvü olan ölkədən, legitim hakimiyyətdən və ya hansısa qanuni referendumdan söhbət gedir. Bu nağılları 30 il söylədiniz, bezmədiniz?..
Həmin o “referendum”da yerli azərbaycanlı əhali iştirak edibmi? Beynəlxalq təşkilatlar, ATƏT müşahidəçiləri onu izləyibmi? Qymətləndirmələri nə olub? Varmı belə bir şey? Yoxdur. Ola da bilməzdi.
Etnik təmizləmədən sonra keçirilmiş “referendum”u referendum saymaq üçün gərək bütün insanlıq hisslərini, vicdanını, şərəfini, ləyaqətini itirəsən. Heç Ermənistanın özü “dqr”i tanımamışdı, nədən dəm vurur bu başdan mayıflar.
Onlardan biri də dabanına tüpürüb Ermənistana qaçan müharibə canisi Samvel Babayandır. O gün deyirdi ki, Şahramanyanın “fərmanı”nı ləğv etdirəcək. Guya bundan ötrü “artsax deputatlar”ının “fərmanı” “konstitusiyaya” ziddi hesab edib “artsax məhkəməsi”nə göndərməsi kifayətdir.
Hardadı indi o “parlament”, “deputatlar”, “konstitusiya məhkəməsi”, görən varmı...
Bir daha vurğulayaq, Azərbaycandan ötrü kriminal-xunta rejimimin özünü buraxması sırf simvolik, mənəvi-psixoloji məna kəsb edirdi. Xüsusən də o anlamda ki, ermənilər acı, əzici yekunu görüb də heç vaxt belə axmaq xəyallara düşməsinlər. Normal, adekvat toplum olsunlar. Əks halda sonuc yenə eyni olacaq - həbslər və veriləcək qanuni cəzalar da öz yerində.
Oyuncaq qurumun üç “prezidenti”, digər ünlü separatçılar, erməni hərbi canilər indi haradadır? Bakının istintaq təcridxanalarında. Məhkəmə artıq başlayıb. Məhkəmənin də, həbslərin də davamı mütləq gələcək. Arxayın olun. Amma “miatsum”, “arsax” heç vaxt gəlməyəcək. Göydən yerə enin...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ