Onlayn ictimai-siyasi qəzet
Beyləqanın Tatarlı kəndində 4 nəfəri güllələməkdə ittiham olunan Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması bitib.
Musavat.com-un “Qafqazinfo”ya istinadən xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Əli Əliyevin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə F.Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib.
Hökmdə deyilir ki, ittiham olunan şəxs təyin olunmuş cəzanı həbsxanada çəkməlidir.
Hökmdən əvvəl müdafiə tərəfi təqsirləndirilən şəxsin ailə vəziyyətini, yaşını nəzərə alaraq nisbətən yüngül cəza təyin edilməsini xahiş edib. Prokuror əvvəlki mövqeyində qaldığını, müttəhimin ömürlük məhkum edilməsinin qanunauyğun olduğunu deyib.
Qeyd edək k, hadisə ötən ilin dekabr ayında baş verib.
27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş.
Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ