İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ailəni məhv edən “vaqnerçi” azadlığa buraxıldı

“Vaqner” ÖHŞ-yə qoşulduqdan sonra əfv edilən keçmiş məhbuslar arasında 4 nəfərlik ailənin qətlinin sifarişçisi də var.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin hadisəyə görə əvvəllər 23 il həbs cəzasına məhkum edilmiş peterburqlu iş adamı Aleksandr Tutin “Vaqner”ə qoşulduqdan 6 ay sonra azadlığa buraxılıb. Onun Türkiyəyə getdiyi deyilir.

Qeyd edək ki, Aleksandr Tutin 2005-ci ildə biznes partnyorunun özünün və ailəsinin (iki uşaqlı) ölümünü sifariş edib. Həmin ailənin üzvləri əvvəlcə güllələnib, sonra isə balta ilə doğranıb. Tutin 2018-ci ildə qardaşı qızını qətlə yetirməkdə ittiham olunaraq saxlanılıb. Elə həmin istintaqın gedişində onun 2005-ci ildə Leninqrad vilayətinin Vsevolojsk rayonunun Sertolovo şəhəri yaxınlığında baş vermiş daha bir qətlin təşkilatçısı olduğu bilinib. Tutinin biznes ortağı, iş adamı Dmitri Zeynalov, həyat yoldaşı, 11 yaşlı oğlu və 15 yaşlı qızı öldürülüb. İddialara görə, onlara avtomatla atəş açılıb, sonra isə balta ilə işi bitiriblər.

Əməlini boynuna alan Tutin 2021-ci ilin yanvarında mühakimə olunub və qətli törədən şəxs sifarişçidən daha az cəza alıb. Koloniyada isə Tutin 23 ilinin cəmi il yarımını keçirib. Ötən il iyulun əvvəlində, 9 saylı Kareliya koloniyasından Ukraynadakı müharibə üçün Vaqner ÖHŞ tərəfindən cəlb olunub. Maraqlıdır ki, “Vaqner”ə cəlb olunan məhkumlar üçün müəyyənləşdirilən yaş senzi Tutinə şamil edilməyib. Belə ki, orduda vuruşmaq istəyən dustağın yaşı 50-ni keçməməlidir. Tutinin isə hazırda 67 yaşı var. İddialara görə, 2022-ci ilin dekabr ayının ikinci yarısında o, Sankt-Peterburqa xəsarətsiz qayıdıb və Yeni ildən sonra həyat yoldaşının bir müddət əvvəl getdiyi Antalyaya uçub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR