İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəstəkar Oqtay Rəcəbov koronavirusdan vəfat edib? - RƏSMİ AÇIQLAMA

Ötən gün Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov 81 yaşında vəfat edib.

Vəfatın ardından onun koronavirusdan öldüyü ilə bağlı müxtəlif iddialar yayılıb.

Məsələ ilə bağlı TƏBİB-in şöbə müdiri Zamirə Ədilova BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Oqtay Rəcəbovdan aidiyyəti poliklinika tərəfindən COVID-19 üzrə yaxma götürülüb. 15.12.2022-ci ildə testin nəticəsi pozitiv çıxıb:

"Elə həmin saat 14:03 radələrində bəstəkarın ailəsi tərəfindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, müraciət 14:06 radələrində briqadaya ötürülüb. Təcili tibbi yardım briqadası ünvana çatdıqda həkiməqədər ölüm faktı qeydə alınıb".

TƏBİB rəsmisi onu da bildirdi ki, mərhumun ailə üzvləri daha öncə koronavirusa yoluxub və sağalıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR