İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində avtomobilin insanlara çırpılması nəticəsində yaralananların sayı 29-a çatıb

Almaniyanın Berlin şəhərində sürücünün avtomobili insanların üstünə sürməsi nəticəsində bir nəfər ölüb, azı 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC “Focus online” nəşrinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar təhqiqat davam edir.

Hadisə Berlinin Şarlottenburq rayonunun izdihamlı Rankeştrasse küçəsində Braytşaydplats meydanı yaxınlığındakı Kayzer Vilhelm kilsəsinin qarşısında baş verib. Sürücü idarə etdiyi “Renault Clio” markalı avtomobili izdihamın üzərinə sürüb. Avtomobil mağazanın vitrininə dəyərək dayanıb. Cinayətkar sürücü yoldan keçənlər insanlar tərəfindən saxlanılaraq polisə təhvil verilib.

“Berliner Zeitung” qəzetinin məlumatına görə, almaniyalı müstəntiqlər baş verənləri terror aktı hesab etməsələr də, sürücünün hadisəni qəsdən törətdiyini düşünürlər. Şübhəlinin 29 yaşında erməni əsilli Almaniya vətəndaşı olduğu bildirilir. Onun avtomobilində cinayəti etiraf edən məktub tapılıb. Hüquq-mühafizə orqanları həmin şəxsin kütləvi qətl törətmək niyyətində olduğunu düşünür, lakin onun motivləri hələ aydın deyil.

Xatırladaq ki, 2016-cı ildə Braytşaydplats meydanında yük maşınının Milad bazarında insanların üstünə sürülməsi nəticəsində 12 nəfər həlak olmuş, 48 nəfər yaralanmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR