İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin “Qazprom”un təklifini imzalanmış kontraktların şərtlərinə zidd sayır

Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri Robert Habek G7-yə üzv ölkələrin Rusiya Federasiyasının tələbinə əməl etməyəcəklərini bildirib və qazın pulunu rus rublu ilə ödəməyəcəklərinin səbəbini izah edib.

AZƏRTAC xəbər verir ki, energetika nazirlərinin sammitindən sonra keçirilən brifinqdə çıxış edən Robert Habek bunun mövcud kontraktlara zidd olduğunu deyib, G7-ni və bütövlükdə Avropanı parçalamaq üçün aşkar cəhd kimi qiymətləndirib. Almaniyalı nazir, həmçinin Avropa İttifaqı və G7 ölkələrinin istənilən ssenarilərə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Qazprom” Aİ ölkələrindən Rusiya qazının ödənişini yalnız rublla almaq niyyətində olduğunu bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR