İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə gənc kanalda batdı - ANBAAN VİDEO


5 gündür ki, Bərdə rayonunda Qarabağ kanalında batan gəncin axtarışları davam edir. 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarılır.

Sitat.info-ya verilən məlumata görə, kanalın yaxınlığında yem dükanında satıcı işləyən Elməddin Orucov kanalda yuyunarkən ayağı sürüşərək suya yıxılıb. Onun kanala düşməsi isə təhlükəsizlik kameralarına baxandan sonra bəlli olub.

Qeyd edək ki, sürüşərək kanala düşən Elməddin Orucov üzə bilmədiyi üçün boğulub. Kanalın dərinliyi 5-6 metrə çatdığı üçün özünü xilas edə bilməyib.

5 gündür axtarışlar davam etsə də cəsədi tapmaq mümkün olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR