Onlayn ictimai-siyasi qəzet
Belarusun qızıl-valyuta ehtiyaytları iyun ayında 80,6 milyon dollar azalmaqla 2023-cü ilin 1 iyul tarixinə 7,79 milyard dollara düşüb.
Musavat.com xəbər verir ki, Belarus Mərkəzi Bankının məlumatına görə, may ayında ehtiyatların həcmi 96,1 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin avqustundan Belarus Mərkəzi Bankı ehtiyatların tərkibi, həcminin dəyişməsinə təsir göstərən faktorlar barədə məlumatları açıqlamır.
Qərbin ağır sanksiyaları ilə üzləşən Belarus iqtisadiyyatı hazırda kəskin böhrana girməkdədir. Ölkənin xarici ticarət dövriyyəsi sürətlə azalır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ