Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl plastik əməliyyatlar nəticəsində bədəni çürüdüyünü açıqlayan azərbaycanlı model və bloger Leyla Mirzəliyeva bu gün əməliyyat olunacaq.
Musavat.com bildirir ki, bu barədə Leyla Mirzəliyeva özü sosial şəbəkədə məlumat yayıb. O, bu əməliyyatın qarşıda baş tutacaq ağır əməliyyat üçün hazırlıq olduğunu deyib.
Xatırladaq ki, azərbaycanlı model və bloger Leyla Mirzəliyeva plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşıb. Model yaxın günlərdə ağır əməliyyat keçirəcəyini və bu əməliyyatdan sonra sağ qalma ehtimalının 10 faiz olduğunu açıqlamışdı.
Qeyd edək ki, bədənin çürüdüyən model süni gelləri bədənindən çıxartmaq üçün 1 ayda 9 dəfə əməliyyat keçirib.
Xalidə Gəray,
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ